Kamran Ağayevə uzaq məsafədən möhtəşəm qol, "Karşıyaka"dan son dəqiqə qolu VİDEO

00:22 - 13 Sentyabr 2015

Qolkiperimiz üçün 90 dəqiqə
 
Türkiyə PTT 1-ci liqasında 4-cü turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandası - "Karşıyaka" da növbəti matçına çıxıb. Sözügedən klub səfərdə "Boluspor"la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
 
Kamran ilk iki turda olduğu kimi, bu dəfə də start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
Qeyd edək ki "Karşıyaka" 4 turdan sonra 5 xalla doqquzuncu pillədə qərarlaşıb.

Xəbər xətti