PAOK "Qəbələ" ilə matçöncəsi böyükhesablı qələbə qazandı

01:00 - 13 Sentyabr 2015

3 cavabsız top
 
"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi PAOK Yunanıstan superliqasında növbəti matçına çıxıb.
 
Sportal.az xəbər verir ki, Saloniki təmsilçisi 3-cü turda səfərdə "Veriya"nın qonağı olub. Oyun PAOK-un  3:0 hesablı qələbəsi ilə başa çatıb.  Mövsümdə ilk qələbəsini qazanan PAOK 4 xalla turnir cədvəlinin 6-cı pilləsinə yüksəlib. 

Qeyd edək ki, PAOK sentyabrın 17-də "Bakcell Arena"da "Qəbələ"nin qonağı olacaq.

Xəbər xətti