Millimizin üzvü "Dnepr"ə qarşı 84 dəqiqə oynadı

11:47 - 13 Sentyabr 2015

VII turun matçı

 

Ukrayna çempionatında VII turun oyunları keçirilib.

 

Sportal.az хəbər verir ki, millimizin üzvü Pavel Paşayevin çıхış etdiyi "Metallurq" (Zaparoje) "Dnepr"i qəbul edib. Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Pavel Paşayev 84-cü dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, "Metallurq" 7 turdan sonra 2 хalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xəbər xətti