Lənkəranda bu gün yeni turnir start götürür

14:26 - 13 Sentyabr 2015

3 görüş keçiriləcək

 

Bu gün, sentyabrın 13-də Lənkəranda yeni turnir start götürür.

 

Sportal.az xəbər verir ki, Lənkəran Futbol Liqasının çempionatı adlanan yarışma ümumilikdə 7-komanda arasında keçiriləcək. Çempionatda çoxlu sayda komandanın iştirakı nəzərdə tutulsa da oyunların baş tutacağı məkanda yalnız həftədə 3-qarşılaşmanın keçirilməsinə şərait olması ucbatından əksər komandalar turnirdən kənarda qalıb. Lakin bu fakt yarışa marağı azaltmayıb.

 

Qeyd edək ki, Lənkəran Futbol Liqası çempionatının oyunları Lənkəran şəhəri Şəhidlər xiyabanı yaxınlığında (Rayponun yanında) yerləşən qapalı futbol meydançasında keçiriləcək.

 

Bu gün I tur çərçivəsində 3-görüşün keçirilməsi planlaşdırılıb.

 

Saat 18:00-da meydançaya “Böyük Bazar” ATSC – “Qalayçılar” cütlüyü çıxacaq, saat 19:00-da “Ümrə” – Xan Lənkəran komandaları mübarizəni davam etdirəcəklər. Saat 21:00-dan başlayaraq isə “Avrora” – “Mamusta” komandaları münasibətlərə aydınlıq gətirərək turnirin ilk gününə yekun vuracaqlar. (12cioyuncu.info)

Xəbər xətti