Millimizin üzvü oynamadı, komandası uduzdu

15:21 - 13 Sentyabr 2015

23-cü turun matçı

 

İsveç çempionatında 23-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Emin Nurinin çıxış etdiyi  "Kalmar" doğma meydanda "Norrçöpinq"lə qarşılaşıb. Görüş futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 1:2. Eminin adı bu matçın iştirak ərizəsində yer almayıb.

 

Qeyd edək ki, "Kalmar" hazırda 23 xalla 16 klub arasında 12-ci pillədə qərarlaşıb.

Xəbər xətti