"Neftçi"nin baş məşqçisi: "Sağolsun, üzümüzü qara çıxarmadı"

23:10 - 13 Sentyabr 2015

"O, hələ tam hazır deyil"
 
Bu gün Premyer Liqanın 4-cü turun son matçında "Neftçi" səfərdə "Rəvan"ı 3:1 hesabı ilə məğlub etdi.

Sportal.az xəbər verir ki, "flaqman"ın baş məşqçisi Samir Əliyev qarşılaşmanı "CBCSport"-a açıqlamasında şərh verib:
 
"Əsas məqsədimiz qələbə qazanmaqdır. İstəyimizə nail olduq. İkinci hissə qırmızı vərəqə aldıqdan sonra "Rəvan" bizə çətin anlar yaşatdı, amma komandamız üçüncü qolu vurub bizi rahatlaşdırdı. Oyun sistemində dəyişiklik etmişik və çalışırıq ki, bunu da təkmilləşdirək. Bu gün Fəhmin Muradbəyli start heyətdə meydana çıxdı və sağolsun ki, üzümüzü qara çıxartmadı və oyunun qəhrəmanı oldu"
 
Baş məşqçi yeni futbolçu Aneta ilə bağlı fikirlərini də bildirib:

"Təcrübəli hücumçu axtarırdıq. Aneta hələ tam hazır deyil, amma o gələcəkdə komandaya daha çox kömək edəcək",

Xəbər xətti