"Xəzər Lənkəran"da "Böyük oyun" öncəsi istirahət

00:13 - 14 Sentyabr 2015

Komanda sabah bir araya gələcək
 
Premyer Liqanın  IV turunda “Qarabağ”la səfər oyununda 0:1-hesabı ilə məğlub olan “Xəzər Lənkəran” sərbəst buraxılıb.
 
Sportal.az xəbər verir ki, cənub təmsilçisi dünən və bu ügn olmaqla 2-gün ərzində istirahət edəcək. Sentyabrın 15-də komanda yenidən Lənkəranda bir araya gələcək. Bununla da “Ağ-yaşıl”lar mövsümün ilk “Böyük oyun”unun hazırlıqlarına doğma şəhərdə start verəcək.
 
Xatırladaq ki, Premyer Liqanın V turu çərçivəsində, sentyabrın 20-də “Xəzər Lənkəran” səfərdə “Neftçi” ilə qarşılaşacaq. (12cioyuncu.info)

Xəbər xətti