"Kəpəz" öz rekordunu yenilədi

01:29 - 14 Sentyabr 2015

Bu dəfə 13200 azarkeş
 
Premyer Liqasının IV turunun “Kəpəz” - AZAL oyununda (1:0) yeni rekord qeydə alınıb.
 
Sportal.az xəbər verir ki, Gəncədəki oyunu 13200 tamaşaçı izləyib. Bu da son 4 mövsüm üçün ən yüksək göstəricidir. Bu görüşədək mövsümün rekordu II turun "Kəpəz" - "Zirə" oyunu (1:1) idi - 12500. Bundan başqa, 2012/13, 2013/14 və 2014/15 mövsümlərində də belə yüksək rəqəmə təsadüf olunmamışdır.
 
“Kəpəz” - AZAL oyunundan başqa 13500 nəfər sonuncu dəfə stadiona 2011/12 mövsümündə toplaşmışdır. 2012-ci il mayın 11-də “Xəzər Lənkəran” - “Qarabağ” matçını məhz bu qədər tamaşaçı izləmişdir.

Xəbər xətti