Millimizin üzvü "fərqləndi", "Eybar" səfərdən xalla qayıdır

02:02 - 14 Sentyabr 2015

İsrafilov üçün 24 dəqiqə
 
İspaniya La Liqasında 3-cü turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, millimizin üzvü Eddi İsrafilovun forma geyindiyi "Eybar" səfərdə "Malaqa" ilə qolsuz heç-heçə edib. Oyuna ehtiyyat skamyasında başlayan İsrafilov matçın 66-cı dəqiqəsində komanda yoldaşı Eskalantenin əvəzinə meydana daxil olub. Matçın 73-cü dəqiqəsində isə millimizin üzvü sarı vərəqə ilə "fərqlənib".
 
Qeyd edək ki, İsrafilovlu "Eybar" 3 turdan sonra 7 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Xəbər xətti