Məğlubiyyətsiz oyunlar seriyası
Azərbaycan Premyer Liqasının debütantı “Zirə” IV turun “Sumqayıt”la qarşılaşmasında heç-heçə etməklə (0:0) məğlubiyyətsiz oyunlar seriyasını 4-ə çatdırıb.
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, əvvəlki 3 turda 1 qələbə qazanıb, 2 heç-heçə edən paytaxt təmsilçisi bu seriyası ilə ölkə çempionatları tarixinin ən yaxşı debütantları sırasında düşüb.
Belə ki, 1992-ci ildə start götürən yarışda indiyədək yalnız iki klub startdakı 4 debüt matçında uduzmamışdı. Bütün klubların debüt etdiyi I çempionat nəzərə alınmamaqla, yalnız “MKT-Araz” və “Kəpəz” bakılılar kimi ilk 4 qarşılaşmada uduzmamışdı. İmişli təmsilçisi 2004/05 mövsümündə, 3 qat ölkə çempionu isə elitaya qayıtdığı 2010/11 mövsümündə belə uğurlu nəticə göstərib. “Gəncə” adını daşıyan komanda 5 il əvvəl ilk 4 oyunda 4 heç-heçə edibsə, “MKT-Araz”ın debütü 10 xalla əlamətdar olub.
saytlarin hazirlanmasi