Sportal.az-ın daha bir xəbəri təsdiqləndi: Elgün Abbaslı rəsmən Türkiyə klubunda

16:35 - 14 Sentyabr 2015

Futbolçu "Bartınspor"da
 
"Neftçala"nın futbolçusu Elgün Abbaslı rəsmən Türkiyə aşağı liqasında çıxış edən "Bartınspor"a transfer olunub.
 
Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi "facebook" səhifəsi məlumat yayıb. Yayılan məlumatda qeyd olunur ki, yarımmüdafiəçi ilə "Sultanqazi" komandası da yaxından maraqlanıb, lakin Abbaslı "Bartınspor"u seçib. Elgünün bu komandaya transferi haqda ilk xəbəri məhz biz yazmışdıq (http://sportal.az/?goal=news&id=61830)

Qeyd edək ki, daha bir həmyerlimiz Elnar Kərimov da bu klubda forma geyinir. 

Xəbər xətti