"Qarabağ" üçün uğurlu hakim

21:31 - 14 Sentyabr 2015

Təmsilçimizin qələbəsinə şahidlik edən Jakkottet
 
Avopa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Tottenhem" (İngiltərə) - "Qarabağ" matçının hakimləri müəyyənləşib.
 
Sportal.az хəbər verir ki, UEFA qarşılaşmanı isveçrəli hakimlərə tapşırıb. Matçda ədaləti Adrien Jakkottet qoruyacaq. Ona Raffael Zeder və Vital Yobin yardımçı olacaq. 4-cü hakim funksiyasını Yohannes Vogel yerinə yetirəcək. Alain Bieri və Nikolay Hanni isə əlavə köməkçi hakimlər olacaq.
 
Adrien Jakkottet "Qarabağ"a yaхşı tanışdı. Belə ki, o, 2014/15 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində baş tutan "Valletta" - "Qarabağ" matçını idarə edib. Maltada baş tutmuş matçda təmsilçimiz 1:0 hesablı qələbə qazanıb. Referi zəmin görüşdə meydan sahiblərindən Rayan Kamilleri meydandan qovmuşdu.
 
Adrien Jakkottet həmçinin bu ilin martında keçirilən U-19 yığmaları arasında Avropa çempionatının seçmə mərhələsinin elit-raundunda millimizin yer aldığı qrupun oyunlarını idarə edib. Azərbaycan - Danimarka (0:3) oyununda 3, Azərbaycan - İngiltərə (0:1) matçında 2 futbolçumuza sarı vərəqə verən referi Azərbaycan - Fransa (0:2) görüşünün dördüncü hakimi olub.

Xəbər xətti