Vüqar Əsgərov qol vurdu, komandası qələbə qazandı

00:27 - 15 Sentyabr 2015

Futbolçumuzun 11-ci qolu
 
Latviya 1-ci liqasında XXII turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Vüqar Əsgərovun çıxış etdiyi "1625 Liepaya" səfərdə "Smiltene" ilə qarşılaşıb. Matç "1625 Liepaya"nın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan yığmasının sabiq hücumçusu start heyətdə yer alıb və sonadək mübarizə aparıb. Vüqar görüşün 90-cı dəqiqəsində penaltidən qol vurmaqla görüşdə son nöqtəni qoyub.
 
Qeyd edək ki, bu, Əsgərovun yayda keçdiyi "1625 Liepaya" klubunda qısa müddət ərzində 11-ci qoludu. Onun komandası isə 46 xalla 16 klub arasında 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti