​Azərbaycan idmançısı peşəkar kikboksinq turnirində iştirak edəcək

00:44 - 15 Sentyabr 2015

Ölkəmizi Məmmədov təmsil edəcək
 
Rusiyanın Anapa şəhərində peşəkar kikboksiq turniri (ASV KV-2) keçiriləcək.
 
Sportal.az "Report"a istinadən xəbər verir ki, yarış sentyabrın 22-də təşkil olunacaq. Azərbaycanı turnirdə Ramiz Məmmədov təmsil edəcək. 57 kq çəkidə döyüşəcək R.Məmmədovun rəqibi rusiyalı Pasxayev Buvaysar olacaq. Döyüş reytinq xarakterli olacaq.

Xəbər xətti