Ermənilər Bakıda məğlub oldular

01:28 - 15 Sentyabr 2015

1/32 finala start verilib
 
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/32 mərhələsinin ilk görüşləri keçirilib.
 
Sportal.az xəbər verir ki, paytaxtımıza gələn 4 erməni şahmatçısından üçü mübarizəni davam etdirir. Bu gün onlar qalib gələ bilməyiblər. Levon Aronyan qara fiqurlar ilə ukraynalı Aleksandr Areşenko ilə heç-heçə oynayıb.
 
Eyni nəticə digər erməni şahmatmısı Nabriel Sarkisyan (ağ fiqurlar) ilə fransalı Maksim Vaşye-Lyaqrava arasında qeydə alınıb. Qrant Melkumyan (qara fiqurlar) isə kubalı Lenyer Dominqezə məğlub olub.
 
Xatırladaq ki, daha bir erməni şahmatçısı Samvel Ter-Saakyan 1/64 mərhələsində mübarizəni dayandırıb.
 

Xəbər xətti