Kamran Ağayev üçün 780 manat

19:47 - 15 Sentyabr 2015

Klub rəhbərliyindən jest
 
Millimizin qolkiperi Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" PTT I Liqada ötən tur "Boluspor"la səfərdə 1:1 hesablı heç-heçəyə razılaşıb.
 
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Karşıyaka" rəhbərliyi bu heç-heçəyə görə komandaya 2000 türk lirəsi (780 manat) mükafat paylayacaq.  Klub rəhbərliyi bu turda "Trabzon 1461"-i məğlub edəcəyi halda daha 4 min turk lirəsi "premya" verəcəyini açıqlayıb.

Xəbər xətti