Millimizin baş məşqçisi: "Braziliyalılarla azərbaycanlı oyunçular arasında fərq qoymuram"

00:39 - 16 Sentyabr 2015

"Mən ispanam. Nə braziliyalı, nə də azəriyəm"
 
Xəbər verdiyimiz kimi, futzal üzrə millimiz Avropa çempionatının pley-off mərhələsində Slovakiyanı bu gün 3:1 hesabı ilə məğlub edib. 
 
Sportal.az millimizin baş məşqçisi Tino Peresin matç sonrası mətbuat konfransındakı fikirlərini təqdim edir:
 
"Hər 2 komanda eyni səviyyədə idi. Sadəcə psixoloji cəhətdən hazır olan komanda qalib gələcəkdi. İlk hissədə qol vəziyyətlərini qaçırtdıq. Arena yeni idi deyə, uyğunlaşma baxımından bir az problem vardı. Mən braziliyalılarla azərbaycanlı oyunçular arasında fərq qoymuram. Hamısından eyni səviyyədə tələb edirəm. Bu, milli komandamızdır. Mən ispanam. Nə braziliyalı, nə də azəriyəm. Mənim üçün oyunçunun fərqi yoxdur. Burda mavi formada çıxış edən 1 komanda çıxış edir. Ona görə də ayrı-seçkilik etmirəm. Düşünürəm ki, qapıçımız Rövşən Hüseynli bu gün pis çıxış etmədi. O, Laersio Buranellonun yoxluğunu hiss etdirmədi. Burda cəmi 10 ay işləməyimə baxmayaraq, Slovakiyanı keçə bilməsək, bunu özüm üçün uğursuzluq sayacağam".

Xəbər xətti