"Mançester Yunayted"in futbolçusunun ayağı qırıldı FOTOLAR

01:24 - 16 Sentyabr 2015

Hakim heç vərəqə də göstərmədi
 
Çempionlar Liqasının qrup mərhələsində hazırda keçirilən PSV-  “Mançester Yunayted” qarşılaşmasında arzuolunmaz hadisə baş verib.
 
Sportal.az xəbər verir ki, Kektor Morenonun sərt zərbəsi ilə yerə yıxılan qonaqların futbolçusu Luk Şounun ayağı qırılıb. Gənc müdafiəçi Marko Rojo ilə əvəzlənib. Maraqlısı odur ki, hakim PSV-nin futbolçusuna heç sarı vərəqə də göstərməyib.
 
Qeyd edək ki, Şou bu mövsüm “qırmızı şeytanlar”ın əsas heyət futbolçularından sayılırdı.
 

Xəbər xətti