Erqiz Kaçe sıradan çıxdı
Avropa Liqasının qrup mərhələsinin ilk oyununda “Qəbələ” ilə qarşılaşacaq PAOK ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, albaniyalı dayaq yarımmüdafiəçisi Erqiz Kaçe Yunanıstanda keçirdiyi son məşqində topuğundan zədə alaraq Bakıya gələ bilməyib.
Qeyd edək ki, "Qəbələ" - PAOK matçı sabah saat 22:00-da start götürəcək.