"Lyuk Şouya görə çox pis oldum"
Dünən keçirilən PSV - "Mançester Yunayted" matçında top uğrunda mübarizədə "Mançester Yunayted"in futbolçusu Lyuk Şounun ayağını sındıran Hektor Morena etdiyi hərəkətə görə üzr istəyib.
Sportal.az xarici KİV-lərə istinadən sizi həmin fikirlərlə tanış edir.
"Lyuk Şouya görə çox pis oldum. Üzr istəyirəm. Mən həmin epizodda topa oynadım. Belə olacağını gözləməzdim. Mən də belə zədə yaşamışam. Nə qədər ciddi olduğunu yaxşı anlayıram. Ümid edirəm ki, Lyuk Şou tezliklə yaşıl meydanlara dönəcək".
Qeyd edək ki, PSV "Mançester Yunayted"i 2:1 hesabı ilə məğlub edib.
saytlarin hazirlanmasi