İtaliya yığması Dünya Kubokunu Azərbaycana gətirəcək

18:32 - 16 Sentyabr 2015

Azarkeşlər üçün surpriz
 
"Avro-2016"nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakıda millimizin qonağı olacaq İtaliya yığması paytaxtımıza kubokla gələcək. 
 
Sportal.az xəbər verir ki, İtaliya yığması 2006-cı ildə Almaniyada qazandığı dünya kubokunu Azərbaycana gətirəcək.  Azarkeşlər oyun günü Olimpiya Stadionunda nümayiş etdiriləcək planetin əsas futbol kuboku ilə şəkil çəkdirmək imkanı əldə edəcəklər.
 
Qeyd edək ki, Azərbaycan - İtaliya oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək və ölkənin ən böyük idman arenasında baş tutacaq ilk rəsmi futbol oyunu kimi tarixə düşəcək.

Xəbər xətti