Sabiq "Qalatasaray"lının yeni komandası məlum oldu

21:27 - 16 Sentyabr 2015

Riera Sloveniya çempionatında
 
Məşhur ispaniyalı futbolçu Albert Rieranın yeni klubu rəsmən bəlli olub.

Sportal.az xəbər verir ki, son klubu İspaniyanın "Malyorka” klubu olan Riera karyerasına Sloveniya çempionatında davam deyəcək. Belə ki, 33 yaşlı futbolçu Sloveniyanın "Zavcr” klubu ilə münasibətlərini rəsmiləşdirib. Müqavilənin 2 illik nəzərdə tutulduğu bildirilir.
 
Qeyd edək ki, Riera karyerası ərzində "Mançester Siti”, "Liverpul” və "Qalatasaray” kimi məşhur klublarda oynayıb.

Xəbər xətti