Emin Mehtiyev və Uğur Pamuk qayıtdı

12:40 - 17 Sentyabr 2015

"Qəbələ" üçün hazırlıq

 

Azərbaycan Premyer Liqasının son turunda "Zirə" ilə qarşılaşan (1:1) "Sumqayıt" 1 günlük istirahəti başa vurub.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "kimyaçılar" ötən gün baş məşqçi Aqil Məmmədovun rəhbərliyi altında axşam "Kapital Bank Arena"da "Qəbələ" ilə oyunun hazırlığıa start verib. 


Heyətdə zədəli futbolçu yer almır. Bir müddət əvvəl əvəzedici heyətə göndərilmiş Emin Mehtiyev və Uğur Pamuk da artıq əsas komandaya qaytarılıb.


Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" oyunu sentyabrın 21-də saat 21:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.

Xəbər xətti