Levon Aronyan Bakını gəzdi

19:58 - 17 Sentyabr 2015

Tarixi yerləri ziyarət edib
 
Bakıda Dünya Kubokunda çıxışını bitirən erməni qrossmeyster Levon Aronyan Azərbaycanın paytaxtını gəzib.
 
Sportal.az xəbər verir ki, o, İçəri Şəhərdə olub, bir çox rusdilli turistlərin sevimli yeri – “Brilliant əl” filminin çəkildiyi küçəni ziyarət edib.
 
Xatırladaq ki, dünən axşam Aronyan ukraynalı Aleksandr Areşenkoya məğlub olaraq, 1/16 finala yüksələ bilməyib. Bu gün o, Bakını tərk edib.

Xəbər xətti