Qarşılaşmada 3 qol
19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ikinci oyununa çıxıb.
Sportal.az xəbər verir ki, yığmamız Uelsin Osvestri şəhərindəki "Park Hall" stadionunda Belçika komandası ilə qarşılıb. Bu matçda millimiz 3:0 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, qrupun ilk oyununda yığmamız Uels millisini 4:1 hesabı ilə məğlub edib.
17 sentyabr
Belçika U19 - Azərbaycan U19 (qızlar) 0:3
Qollar: Yaiza Relea, 29 (0:1), 45 (0:2), Aysun Əliyeva, 67 (0:3)
saytlarin hazirlanmasi