UEFA reytinqi
UEFA reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, avrokubokların qrup mərhələsinin ilk turundan sonra cədvəldə cüzi dəyişikliklər olub.
Sportal.az xəbər verir ki, komandası mübarizəni davam etdirən 28 ölkə təmsilçilərinin 3 gün davam edən oyunlarında iki Azərbaycan klubu da qüvvəsini sınayıb. Yunanıstan PAOK-u ilə evdə qolsuz heç-heçə edən “Qəbələ” ölkəmizin hesabına daha 0,250 xal qazandırıb. İngiltərədə “Tottenhem”ə 1:3 hesabı ilə uduzan “Qarabağ” isə reytinqə xal qazandırmayıb.
Son 5 mövsümün nəticəsinə görə hesablanan əmsalımız 13,875-ə çatıb və 26-cı pillədəki mövqeyimizi qorumuşuq.
Qeyd edək ki, Avropanın ən yaxşısı olan İspaniyanın hesabında 86,427 xal var.
saytlarin hazirlanmasi