"Tottenhem"in baş məşqçisi: "Qarabağ" çox yaxşı komandadır"

10:36 - 18 Sentyabr 2015

"Onlar da bu oyunda özlərini yaxşı tərəfdən göstərdilər"

 

İngiltərənin "Tottenhem" klubunun baş məşqçisi Maurisio Poçettino Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportal.az xəbər verir ki, o, komandasının 3:1 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:

 

"Asan oyun olmadı. Qapımıza erkən penalti təyin olundu. Ondan sonra məğlubiyyətdən yaxa qurtarmaq üçün mübarizə aparmaq məcburiyyətində qaldıq. Amma xarakter nümayiş etdirdik, sonadək oynadıq. Xüsusilə də yeni futbolçularımız çox yaxşı oynadılar. Dubla imza atan Son da yaxşı oyun sərgilədi. "Qarabağ" çox yaxşı komandadır. Onlar da bu oyunda özlərini yaxşı tərəfdən göstərdilər". (Azerisport.com)

Xəbər xətti