Mehriban Əliyeva sədr seçildi

19:31 - 18 Sentyabr 2015

İslam Həmrəyliyi Oyunları üçün Təşkilat Komitəsi yaradılıb
 
Prezident İlham Əliyev V İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.
 
Sportal.az AzerTac-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
 
1. 2017-ci ilin may ayında Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
 
Təşkilat Komitəsinin sədri
 
Mehriban Əliyeva – Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri
 
Təşkilat Komitəsinin üzvləri
 
Hacıbala Abutalıbov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
 
Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü
 
Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri
 
Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri
 
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
 
Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri
 
Eldar Mahmudov – Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri
 
Ziya Məmmədov – Azərbaycan Respublikasının nəqliyyat naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
 
Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri
 
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
 
Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri
 
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri
 
Əli Əsədov – Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi,
 
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini
 
Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
 
Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
 
Aydın Əliyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
 
Cahangir Əsgərov – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti,
 
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
 
Rövnəq Abdullayev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
 
Balababa Rzayev – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
 
Çingiz Hüseynzadə – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü
 
Xəzər İsayev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsinin üzvü
 
Ağacan Abiyev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü
 
Anar Ələkbərov – Heydər Əliyev Mərkəzinin direktoru
 
Fərhad Hacıyev – Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru
 
Könül Nurullayeva – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsindəki nümayəndəsi (Təşkilat Komitəsinin katibi)
 
2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi ilə birlikdə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə dair xüsusi tədbirlər planını hazırlayıb Təşkilat Komitəsinə təqdim etsin.
 
3. Təşkilat Komitəsi IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələləri həll etsin.
 
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Xəbər xətti