Kamran Ağayevli "Karşıyaka" bu gün növbəti matçına çıxır

20:02 - 18 Sentyabr 2015

Rəqib "1461 Trabzon"dur
 
Bu gün Türkiyə PTT I Liqasında V tura start veriləcək. 
 
Sportal.az xəbər verir ki, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" da növbəti sınağına çıxacaq. Karşıyaka təmsilçisi doğma meydanda "1461 Trabzon" klubunu sınağa çəkəcək. Oyun Bakı vaxtı ilə 21:30-da başlayacaq.
 
Qeyd edək ki, "Karşıyaka" hazırda 4 oyundan sonra 5 xalla 11-ci pillədədir.

Xəbər xətti