Kamran Ağayev 6 dəqiqəyə 3 qol buraxdı, komandası məğlub oldu

00:03 - 19 Sentyabr 2015

Futbolçumuz yenə 90 dəqiqə oynadı
 
Türkiyə PTT 1-ci Liqasının 5-ci turun oyunlarına start verilib.
 
Sportal.az xəbər verir ki, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" da növbəti matçında çıxıb. Futbolçumuzun komandası öz meydanında  "1461 Trabzon"u qəbul edib. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Kamran Ağayev altı dəqiqə ərzində qapısından üç top buraxıb. Matçın 62-ci dəqiqəsində Artarslan, 65-də Kokoc, 68-də isə Aruqin Kamranı məyus edib.
 
Qeyd edək ki, "Karşıyaka" 5-ci  turdan sonra 5 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Xəbər xətti