Türkiyə Superliqasında baş məşqçi istefası

01:47 - 19 Sentyabr 2015

4:0 hesablı məğlubiyyətə görə vəzifəsindən getdi
 
Türkiyə Superliqasında 5-ci turunun matçında dünən "Mersin İdman Yurdu" doğma meydanda "Osmanlıspor"a 4:0 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, matçdan sonra "Mersin İdman Yurdu"nun baş məşqçisi Mesut Bakkal istefa verdiyini açıqlayıb. 
 
Qeyd edək ki, Mersin təmsilçisi geridə qalan 5 turda yalnız "Qalatasaray"dan səfərdə 1 xal qazana bilmişdi.

Xəbər xətti