Xorvatiyaya bəd xəbər
UEFA-nın Apelyasiya Komitəsi Xorvatiya Futbol Federasiyasının şikayətinə cavab verib.
Sportal.az xəbər verir ki, xorvatlar Avro 2016-nın seçmə mərhələsində hesablarından siliniş 1 xalın bərpa edilməsi ilə bağlı müraciət etmişdilər.
Amma Apelyasiya Komitəsi Federasiyanın şikayətinə rədd cavabı verib və qərarı qüvvədə saxlayıb. Xorvatların belə bir cəzaya məruz qalmasın İtaliya ilə qrup matçında meydançada əks olunmuş svastika səbəb olmuşdu.
Qeyd edək ki, Xorvatiya millisi Avro 2016-nın seçmə mərhələsində millimizlə eyni qrupda yer alıb.
saytlarin hazirlanmasi