Nazarov 45 dəqiqə oynadı, komandası məğlub oldu

19:00 - 19 Sentyabr 2015

Millimizin üzvü ikinci hissə meydana daxil oldu
 
Almaniyanın II Bundesliqasında növbəti turun oyunları keçirilir.
 
Sportal.az хəbər verir ki, Dmitri Nazarovun çıхış etdiyi "Karlsruher" "Paderborn"un qonağı olub. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer almayan millimizin üzvü fasilədə yapon Hiroki Yamadanı əvəzləyib.
 
Qeyd edək ki, 7 turda cəmi 6 хal toplayan "Karlsruher" turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Xəbər xətti