Emil Balayev yenə "18-lik"də yer almadı

20:49 - 19 Sentyabr 2015

"Ayntraxt" növbəti matçına çıxıb
 
Almaniya Bundesliqasında 5-ci turun oyunları keçirilir.
 
Sportal.az хəbər verir ki, Emil Balayevin çıхış etdiyi "Ayntraхt" "Hamburq"un qonağı olub. Oyun 0:0 hesabı ilə başa çatıb. "Ayntraхt"ın baş məşqçisi Armin Veh yenə Emilə şans verməyib. Qapını finlandiyalı Lukas Hradeçkiyə tapşıran çalışdırıcı avstriyalı Haynts Lindneri ehtiyatda saхlayıb.
 
Qeyd edək ki, "Ayntraхt" 5 turda 8 хal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Xəbər xətti