Mühafizəçi FİFA referisinə hücum etdi

01:36 - 20 Sentyabr 2015

Cüneyt Çakır təzyiqə məruz qaldı
 
Türkiyə Superliqasında “Trabzonspor” – “Qalatasaray” arasındakı qarşılaşmada ədaləti FİFA refersi Cüneyt Çakır qoruyub.
 
Sportal.az xəbər verir ki, istanbulluların 1:0 minimal hesablı qələbəsi ilə başa çatan matçda hakimə təzyiq olunub.
 
Soyunub-geyinmə otağına yollanan hakimin qarşısını mühafizəçilərdən biri kəsərək onu təhqir edib. Lakin digər mühafizəçilər araya keçərək olayın böyüməsinə imkan verməyib. 

Xəbər xətti