I yeri tutaraq...
Futbol üzrə 19 yaşlı qızlardan ibarət Azərbaycan millisi bu gün Avropa Çempionatının ilkin seçmə mərhələsi çərçivəsində daha bir oyun keçirib.
Sportal.az xəbər verir ki, millimiz Xorvatiyalı həmyaşıdları ilə görüşüb.
Uelsin Brouton şəhərində baş tutan qarşılaşma millilərimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın qollarını matçın 9-cu dəqiqəsində Nigar Cəlilli, 61-ci dəqiqədə isə Yaiza Relea vurub. Xorvatiya millisinin heyətində isə 11-ci dəqiqədə Puselj Drejka fərqlənib.
Qrupdakı əvvəlki iki oyununda da qalib gələn (Uels, 4:1; Belçika, 3:0) yığma komandamız 9 xalla qrup birincisi olub və elit mərhələyə vəsiqə qazanıb.
saytlarin hazirlanmasi