Millimizin sabiq üzvü üçün 90 dəqiqə

18:38 - 20 Sentyabr 2015

V turun matçı

 

Türkiyə PTT 1-ci liqasında 5-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb.


Sözügedən klub doğma səfərdə "Adana Dəmirspor"la qarşılaşıb. Matç 2:1 hesabı ilə futbolçumuzun komandasının xeyrinə başa çatıb. Start heyətdə meydana çıxan Budaq bu dəfə də sonadək mübarizə aparıb. O, 67-ci dəqiqədə sarı vərəqə də alıb.


Qeyd edək ki, "Qaziantep BB" hazırda 9 xalla 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti