"Neftçi"nin qolkiperi: "Qapımıza vurulan qolda kimin səhvi olduğunu demək bir az çətindir"

01:36 - 21 Sentyabr 2015

"Meydanda daha yaxşı təsir bağışlayan tərəf biz idik"
 
"Bu görüşdə üç xal qazana bilərdik. Amma bəxtsizlikdən ələ düşən imkanları boşa verdik. Təəssüf ki, qələbə qazana bilmədik. Meydanda daha yaxşı təsir bağışlayan tərəf biz idik. Amma birdən artıq qol vurmağı bacarmadıq".

Sportal.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Neftçi"nin qolkiperi Mixal Peskoviç bildirib. Qolkier "Xəzər Lənkəran"ın vurduğu qola belə şərh verib:
 
"Qapımıza vurulan qolda kimin səhvi olduğunu demək bir az çətindir. Amma son epizodda mən topun hansı istiqamətdə gəldiyini görürdüm. Son anda Melli bir futbolçu ilə yaxınlaşdı və mən də düşündüm ki, topu başı ilə uzqlaşdıracaq. Amma başını çəkdi və top qapıdan keçdi". 

Xəbər xətti