LFL-də II tur: 3 oyuna 26 qol

12:24 - 21 Sentyabr 2015

“Böyük Bazar ATSC”dan başqa...

 

Lənkəran Futbol Liqasının çempionatında II turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, sentyabrın 20-də Lənkəran şəhəri Şəhidlər xiyabanı yaxınlığında (Rayponun yanında) yerləşən qapalı futbol meydançasında ardıcıl olaraq 3-görüş baş tutub. Saat 18:00-da meydançaya çıxan “Ümrə” – “Xan Bağı” cütlüyünün oyunu ilə tura start verilib. Çempionatın açılış turunda istirahət edən “Xan Bağı” komandası yarışmaya həvəslə qoşularaq qələbə qazanmaq üçün çox çalışsa da rəqibin gücü qarşısında dözüm gətirə bilməyib və oyun boyu çox mücadilə aparsa da məğlubiyyətdən yaxa qurtara bilməyib. “Ümrə” komandası isə 3:2-hesablı qələbənin sayəsində çempionatın turnir cədvəlində liderliyə yüksəlib. Qolları “Ümrə” komandasından iki dəfə fərqlənən Qasım Cabbarlı ilə yanaşı Camal Mahmudov atıb, “Xan bağı” komandasından isə  Qaqaş Hüseynzadə  və Saleh Şərifzadə hərəyə bir qol vurublar.

 

 

“Ümrə” – “Xan bağı” 3:2

*****************

 

Turun ikinci görüşü “Avrora”  və “Qalayçılar” komandaları üz-üzə gəliblər. Görüşdə ümumilidə 12-qol vurulub. “Avrora”lıarın 8-qolunu komandanın ii üzvü – Fariz Hüseynov və Xəqani Cəlilzadə atıblar. Hüseynov 6-dəfə Cəlilzadə isə 2-də dəfə fərqlənib. “Qalayçılar” komandasından qolların müəllifləri: Şamxal Əzizli,Anar Məhərrəmzadə,Kənan Ağayev, Elşən Yağubov.

 

“Avrora” –“Qalayçılar” 8:4

******************

Nəhayət çempionatın ikinci gününə “Mamusta”  Xan Lənkəran qarşılaşması ilə yekun vurulub. Elə bu oyun da maraqlı alınıb və qapılara ümumilikdə 9-qol vurulub. “Mamusta” komandasından Elmar Beygizadə iki dəfə fərqlənib, İlqar Rzayev , Elvin Məlikov və Azər Cəfərov isə hərəyə bir qola imza atıblar. Rəqib Xan Lənkəran komandasında isə dörd oyunçu seçilib və hərənin payına bir qol düşüb; Allaşükür Ağazadə, Hadı Hüseynov, Şamil Səfərov və Səxavət Cabbarov.

 

“Mamusta”  Xan Lənkəran 5:4

Xəbər xətti