Finalda Litvanı məğlub edən İspaniya tarixində 3-cü dəfə bu uğuru qazandı
2015-ci il Basketbol üzrə Avropa çempionatının qalibi İspaniya yığması oldu. Sportal.az xəbər verir ki, finalda Litvaya qalib gələn İspaniya tarixində 3-cü dəfə Avropanın ən güclüsü adını qazanıb. 3 dəfə çempion olan Litva millisi isə finalda 3-cü məğlubiyyətini aldı.
Oyuna sürətli hücumlarla başlayan İspaniya ilk periodu 19:8 hesabı ilə öndə bitirib. İkinci hissədə fəallaşan Litva millisi hesab arasındaki fərqi azaldaraq 41:33 hesabı ilə edib. 3-cü periodda çoxlu top itkiləri edən Litva millisi 60:43 hesabı ilə məğlub olub. 4-cü periodda üstün oyununu davam etdirən İspaniya 80:63 hesabı ilə qalib gələrək Avropa çempionu olub. İspaniya millisinin heyətində 25 xal və 12 ribaundla "dubl-dubl" edən Pou Qazol qələbənin əsas memarlarından olub.
saytlarin hazirlanmasi