"Xəzər Lənkəran" sabahdan "Zirə" üçün başlayır

00:13 - 22 Sentyabr 2015

"Böyük oyun" sonrası istirahət
 
Premyer Liqanın  V turunda “Neftçi” ilə səfər matçında 1:1-hesablı bərabərə qalan “Xəzər Lənkəran” sərbəst buraxılıb.
 
Sportal.az xəbər verir ki, cənub təmsilçisi 2 gün ərzində istirahət edəcək. Sentyabrın 23-də isə komanda yenidən Lənkəranda bir araya gələrək növbəti ev oyunun hazırlıqlarına başlayacaq. Xatırladaq ki, “Xəzər Lənkəran”  Premyer Liqanın VI turu çərçivəsində, sentyabrın 27-də “Fırtınalar meydanı”nda “Zirə”ni qəbul edəcək.

Xəbər xətti