"Bu oyunu unudub qarşıdakı matçlara fikir verməliyik"
Premyer Liqasının 5-ci turun son matçında "Sumqayıt" səfərdə "Qəbələ"yə 1:0 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, "kimyaçılar"ın kapitanı Vurğun Hüseynov qarşılaşmanı "CBCSport"a açıqlamasında dəyərləndirib:
"Bu oyuna ciddi hazırlaşmışdıq. Bilirdik ki, "Qəbələ" ev oyunlarında daha güclü oynayır. Təəssüflər olsun ki, matçın sonlarında adi bir diqqətsizlikdən qapımıza penalti təyin edildi. Bu qarşılaşmada məğlub olmamalı idik. Ən azından 1 xal qazanmaq olardı. Bu oyunu unudub qarşıdakı matçlara fikir verməliyik. Komandamız gündən-günə daha yaxşı futbol oynayır".
saytlarin hazirlanmasi