Pley-off mərhələsi
Bu gün futzal üzrə AVRO-2016-nın pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
Sportal.az xəbər verir ki, Azərbaycan millisi səfərdə Slovakiyanın qonağı olacaq. Millimiz Bakıda rəqibini 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu duelin qalibi gələn il, 2-13 fevralda Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək "Avro-2016"nın final mərhələsində iştirak edəcək.
22 sentyabr
22:00. Slovakiya - Azərbaycan
İlk oyun - 1:3
Trnava. "Mestska Sportova Hala" stadionu.