Gökhan Töre adını "Beşiktaş"ın tarixinə yazdırdı

18:17 - 22 Sentyabr 2015

3000-ci qolun müəllifi
 
Türkiyə superliqasının 5-ci turunda səfərdə "Gənclərbirliyi" ilə 1:1 bərabərə qalan "Beşiktaş" bu görüşdə yubiley qolunu vurub.
 
Sportal.az xəbər verir ki, həmin qola matçın 67-ci dəqiqəsində Gökhan Töre imza atıb. 23 yaşlı futbolçunun vurduğu qol "Beşiktaş"ın superliqa tarixində 3000-ci qolu olub. Bununla da, G.Töre vurduğu qolla adını klubun tarixinə yazdırıb. "Beşiktaş" superliqada keçirdiyi 1877 oyunda 1002 qələbə qazanıb, 526 heç-heçə edib və 249 dəfə meydandan məğlub ayrılıb.
 
Qeyd edək ki, "Beşiktaş"ın superliqada 1500-cü qolunu 1991-ci ildə "Gənclərbirliyi" ilə görüşdə Zeki Önatlı, 2000-ci qolunu isə 1998-ci ildə "Fənərbaxça" ilə matçda Daniel Amokaçi vurub.

Xəbər xətti