Türkiyə klubunun bazasına silahlı basqın

18:56 - 22 Sentyabr 2015

"Kartalspor"da gözlənilməz hadisə
 
Türkiyə aşağı liqa təmsilçilərindən olan "Kartalspor"un bazasına günorta saatlarında silahdan atəş açılıb.

Sportal.az xəbər verir ki, hadisə futbolçuların klub prezidenti ilə iclasdan çıxdığı vaxta təsadüf edib. Buna görə də, xoşbəxtlikdən xəsarət alan olmayıb.
 
Qeyd edək ki, hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. 
 

Xəbər xətti