İdmançımız dünya çempionu oldu

19:12 - 22 Sentyabr 2015

Xamoyev rəqiblərini qabaqladı
 
İranın paytaxtı Tehranda Dünya Karate Federasiyasının (WKF) qaydaları ilə “ShitoRyu Shikokay Union” üslubunda kişilər arasında keçirilən 7-cü dünya çempionatı başa çatıb. 
 
Sportal.az xəbər verir ki, Azərbaycan karateçilərinin uğurla çıxış etdiyi turnirdə "Əlincə"ni təmsil edən karateçi Məhəmməd Xamoyev də iştirak edib. 11-13 yaşlı oğlanlar arasında (33 kq) keçirilən yarışlarda bütün rəqiblərinə qalib gələn Xamoyev dünya çempionu adına layiq görülüb. 

Xəbər xətti