Eto "Golden Foot" mükafatının sahibi oldu

19:28 - 22 Sentyabr 2015

Futbolçu Monakodadır
 
Türkiyə komandası "Antalyaspor"un oyunçusu Kamerunlu Samuel Eto "Golden Foot" mükafatına layiq görülüb.
 
Sportal.az xəbər verir ki, mükafatlandırma mərasimi Monakoda keçirilib. Mükafatın özəlliyi ondan ibarətdir ki, onun qalibləri Monako Krallığında dəniz kənarında yerləşən “Çempionlar sahili”ndə (“Champions Promenade”) öz ayaq izlərini qoyurlar.
 
Qeyd edək ki, keçən il mükafata Andres İnyesta layiq görülmüşdü.

Xəbər xətti