Millimiz Avropa çempionatının final mərhələsində

00:02 - 23 Sentyabr 2015

Slovakiyada 1:1 hesablı heç-heçə
 
Futzal üzrə "Avro-2016"nın pley-off mərhələsinin cavab oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan millisi səfərdə Slovakiyanın qonağı olub. Bakıda rəqibini 3:1 hesabı ilə məğlub edən komandamız cavab görüşündə bu üstünlüyünü qorumağa çalışıb. Yığmamız ilk hissədə hesabı açsa da, fasilədən sonra üstünlüyünü əldən verib. Matç 1:1 hesabı ilə başa çatıb. Bu nəticə ilə milli komandamız Avropa çempionatının final mərhələsində oynamaq hüququ qazanıb.
 
Qeyd edək ki, Avropa çempionatının final mərhələsinin oyunları gələn il, 2-13 fevral tarixində Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək.
 
 
22:00. Slovakiya - Azərbaycan 1:1
Qollar: Rafay, 25 - Vitali Borisov, 8 

Xəbər xətti