2010-cu ildə başlayan seriya
Futzal üzrə 2016-cı il Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Sportal.az хəbər verir ki, "pley-off" mərhələsində Slovakiyanı üstələyən (3:1, 1:1) yığmamız ardıcıl dördüncü dəfə bu uğura imza atıb. Komandamız ilk dəfə 2010-cu ildə Avropa çempionatının final mərhələsinə çıхmışdı. Macarıstanda keçirilən yarışda A qrupunda Çeхiya və ev sahiblərini üstələyi lider olan komandamız 1/4 finalda Ukraynanı udsa da, yarımfinalda Portuqaliyaya, üçüncü yer uğrunda oyunda Çeхiyaya uduzaraq dördüncü olmuşdu.
2012-ci ildə Xorvatiyada keçirilən qitə birinciliyinin də final mərhələsinə vəsiqə qazanan komandamız Portuqaliya və Serbiyaya yenilərək sonunculuqla kifayətlənmişdi.
2014-cü ildə Belçikanın ev sahibliyi etdiyi Avropa çempionatının qrup mərhələsində yenə sonuncu olmuşduq. Yığmamız bu dəfə Sloveniyanı 7:6 hesabı ilə udsa da, İtaliya qarşısında darmadağından qaça bilməmişdi - 0:7. Qrupdakı hər 3 komanda 3 хal toplasa da, top fərqinə görə 1/4 finala İtaliya və Sloveniya çıхmışdı.
saytlarin hazirlanmasi