Bütün iştirakçılar məlum oldu
Futzal üzrə AVRO-2016-nın final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Sportal.az xəbər verir ki, pley-offda Slovakiyaya qalib gələn (3:1, 1:1) Azərbaycan yığması həlledici mərhələdə mübarizə aparacaq. Millimizlə yanaşı, Qazaxıstan, Macarıstan və Çexiya da turnirin final mərhələsinə vəsiqə qazanıb. Rusiya, İspaniya, İtaliya, Ukrayna, Sloveniya, Xorvatiya və Portuqaliya daha əvvəl həlledici mərhələyə vəsiqə qazanmışdılar.
Qeyd edək ki, "AVRO-2016-nın final mərhələsinin püşkü oktyabrın 2-də Serbiyanın paytaxtı Belqradda atılacaq. Oyunlar isə gələn il, 2-13 fevral tarixlərində Serbiyada keçiriləcək.
saytlarin hazirlanmasi